Neftimiz bu gün neçəyə satılır?

Neftimiz bu gün neçəyə satılır?
 
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
 
“ Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,5% artaraq 69,02 ABŞ dolları təşkil edib.
 
Qeyd edək ki, ötən gün neftimiz 68,70 dollara ticarət edilib.
 
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
 
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.