İlham Əliyev "Qarabağı" təbrik edib

İlham Əliyev "Qarabağı" təbrik edib
 
Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağı" təbrik edib.
 
Təbrikdə deyilir:
 
"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. "Qarabağ"ın Avropanın köklü klublarından biri olan "Benfika" ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan "Qarabağ"la qürur duyur. Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm".
Gündəm
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?

Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə..

Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?...

Gündəm / Səhiyyə
İnsanlara şəfa və ümid bəxş edən həkim – LOR həkimi Fuad Abdullayev

İnsanlara şəfa və ümid bəxş edən həkim – LOR həkimi..

İnsanlara şəfa və ümid bəxş edən həkim – LOR həkimi Fuad Abdullayev...