Polşa ordusu HƏRƏKƏTƏ KEÇDİ: Hərbi texnikalar sərhədə doğru İRƏLİLƏYİR

 
Polşa hərbi texnika kolonu Belarus sərhədinə doğru irəliləyir.
 
Bu barədə "Birinci Kanal" məlumat yayıb.
 
Səhər yayılan görüntülərdə Polşa qoşunlarının aktiv hərəkəti, o cümlədən kolonların sərhədə doğru hərəkəti əks olunub.
 
Məlumatda bildirilir ki, bu hərəkət Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2025” hərbi təlimləri ərəfəsində baş verir.