Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə ilk oyununa Portuqaliyada çıxacaq

Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə ilk oyununa Portuqaliyada çıxacaq
 
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa bu gün çıxacaq. 
 
 Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfika"nın qonağı olacaq.
 
Qarşılaşma "Eştadiu da Luş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi belçikalı FIFA referisi Erik Lambrexts olacaq.
 
UEFA Çempionlar Liqası
 
Liqa mərhələsi
 
I tur
 
16 sentyabr
 
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
 
Baş hakim: Erik Lambrexts.
 
Lissabon, "Eştadiu da Luş" stadionu
 
Qeyd edək ki, Azərbaycan çempionu II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.