Suraxanı RİH kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib


 

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, icra hakimiyyətinin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ziyarət zamanı iştirakçılar Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiram və hörmətlə yad ediblər. Mərasimdə Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşmasında, müstəqilliyimizin möhkəmləndirilməsində və ölkənin hərtərəfli inkişafında misilsiz xidmətləri xüsusi vurğulanıb.

Qeyd olunub ki, Heydər Əliyevin siyasi irsi bu gün də müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir və onun müəyyən etdiyi yol ölkəmizin uğurlarında mühüm rol oynayır. İştirakçılar Ulu Öndərin xatirəsinin xalqımız tərəfindən daim böyük sevgi və minnətdarlıqla anıldığını bildiriblər.

Sonda Fəxri xiyabanda Ümummilli Liderin məzarı önündə bir daha ehtiram ifadə olunub, onun parlaq xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı qeyd edilib.