Xətai rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
9 yanvar 2026-cı il tarixdə Xətai rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları Ulu Öndərin büstünün önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, Millət vəkilləri Zahid Oruc, Mixail Zabelin, Qüdrət Həsənquliyev, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olmuşdur. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu inkişaf Xətai rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaratmışdır.
Hesabat dövründə rayonun sənaye, xidmət və tikinti sahələrində fəallıq artmış, istehsal və xidmətlərin həcmi yüksəlmişdir. 2025-ci ilin əvvəlindən rayonun sənaye sahələrində 698,9 milyon manatlıq məhsul istehsal edilmiş, xidmət sahələri üzrə göstəricilər 861 milyon manata çatmışdır. Əhalinin məşğulluğu təmin edilmiş, 7.957 nəfər işlə təmin olunmuş, 896 aztəminatlı ailə sosial yardımla əhatə edilmişdir. Özünüməşğulluq proqramına 189 nəfər cəlb edilmiş, peşə hazırlığı kurslarından 417 nəfər işlə təmin olunmuşdur.
Rayonda infrastruktur sahəsində mühüm işlər görülmüş, qaz xətləri çəkilmiş, liftlərin yenilənməsi, istilik sisteminin təkmilləşdirilməsi və yol tikinti-quraşdırma işləri aparılmışdır. 8 modul tipli istilik qazanxanasının tikintisi nəzərdə tutulur. Yol infrastrukturu və küçə abadlığı işləri çərçivəsində səkilər, asfalt örtükləri və yol nişanları müasir standartlara uyğunlaşdırılmışdır.
Rayonda sosial, mədəni və şəhərsalma layihələrinin icrası uğurla davam etmişdir. 2025-ci ildə Xətai rayonunda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri yalnız rayonun müasir və estetik görkəminin formalaşdırılmasına deyil, həm də sakinlər üçün rahat, təhlükəsiz və komfortlu şəhər mühitinin yaradılmasına, ictimai məkanların funksional və ekoloji baxımdan zənginləşdirilməsinə xidmət etmiş, rayonun inkişafına əhəmiyyətli töhfə vermişdir. Hesabat dövründə Gənclik parkı, Heydər Əliyev adına istirahət parkı, Lalələr parkı, Nizami parkı, Zəfər parkı, Sevirəm parkı, Qənimətlər parkı, Polad Həşimov və Rahib Məmmədov küçələrində yerləşən parklar, Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi park, 8 noyabr prospekti boyu yaşıllıqlar, eləcədə rayonun digər ünvanlarında yerləşən abad məhəllələr və parklarda mövcud ağac və yaşıllıqlara aqrotexniki qaydalar uyğun olaraq xidmət göstərilmiş, parkların ərazisində mütəmadi olaraq iməciliklər təşkil olunmuş, çoxlu sayda müxtəlif növ ağac, gül və dekorativ kollar əkilmişdir. Abadlıq işləri çərçivəsində Uzunluğu 12 kilometr olan 8 noyabr prospekti - Zığ yolu boyunca şam ağacları, gül və dekorativ kollar əkilmiş, yeni yaşıllılıq zolaqları salınmış, prospekt boyu yaşıllıqların suvarılması üçün su xətləri çəkilmiş, fontanların işlək vəziyyəti təmin edilmiş, prospekt boyu obyektlərin qarşısına gül dibçəkləri yerləşdirilmiş, fasadlar yenidən təmir olunmuş və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Aparılan genişmiqyaslı abadlıq quruculuq işlərindən sonra 8 noyabr prospekti şəhərimizin ən abad prospektlərindən birinə çevrilmişdir. Rayon ərazisində abadlıq işləri çərçivəsində ümumilikdə 8000-dək müxtəlif növ ağac, 70 mindən çox gül və dekorativ kollar əkilmişdir. Hesabat dövrü ərzində rayon ərazisində yaşıllaşdırma idarəsi ilə birgə 150 hektar yaşıllıq sahəsinin və ağacların qorunub saxlanılması, onların müntəzəm suvarılması və sistemli qulluq edilməsi tam təmin edilmişdir. “Bizim Həyət” layihəsi çərçivəsində 15 abad həyət sakinlərin istifadəsinə verilmişdir. Əhmədli qəsəbəsində məscid və ətraf ərazilər bərpa edilmiş, küçələr və kommunal infrastruktur yenilənmişdir.
26 fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Xocalı – Ana fəryadı” abidəsini ziyarət etmiş, abidə önünə əklil və gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad etmişlər. 2 iyul 2025-ci il tarixində Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birlikdə Bakı “Ağ Şəhər”də “Özbəkistan” parkının təməlini qoymuşlar. Park Özbəkistanın tarixi və mədəniyyətini əks etdirəcək, həmçinin Bakı sakinləri üçün ictimai istirahət və əyləncə məkanı təmin edəcəkdir. 8 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər abidəsini ziyarət etmiş və şəhidlərin əziz xatirəsinə inşa edilmiş Zəfər muzeyinin açılışında iştirak etmişlər. 29 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində aparılan işlərlə tanış olmuşlar və yerüstü piyada keçidinin, Qarabağ atları meydanının açılışında, ictimai parkinq və palıd parkının təməlqoyma mərasimində iştirak etmişlər.
Şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılmış, anım mərasimləri yüksək səviyyədə keçirilmişdir. 2025-ci ildə 8 şəhidin adına verilmiş küçələrin açılışı olmuşdur.
Şəhərsalma sahəsində qanunsuz tikintilərin qarşısının alınması məqsədilə 50-dən çox özbaşına tikinti sökülmüş, “Ağ Şəhər” layihəsi çərçivəsində 1000-dən çox tikili sahiblərinə kompensasiya ödənərək köçürülmüşdür. Hazırda ərazidə 85 yaşayış və 55 qeyri-yaşayış obyektinin köçürülməsi planlaşdırılır.
2025-ci il ərzində Xətai rayonunda aparılan iqtisadi, sosial və şəhərsalma tədbirləri rayonun müasir, təhlükəsiz və komfortlu yaşayış mühitinin formalaşmasına, sakinlərin rifahının yaxşılaşdırılmasına və rayonun ümumi inkişafına mühüm töhfə vermişdir.
2024–2025-ci tədris ilində Xətai rayonunda 3 680 məzundan 3 040 nəfəri ali məktəbə qəbul olmuş, 501 nəfər xarici universitetlərə daxil olmuşdur. 82 məzun 650-dən yuxarı bal toplamış, 19 nəfər qızıl medalla bitirmiş, 9 məzun Prezident təqaüdünə layiq görülmüşdür. Rayon məktəbləri müasir standartlara uyğun təmir edilmiş, idman meydançaları tikilmiş və 59 saylı məktəb tam yenilənmişdir.
H.Əliyev adına istirahət Parkının amfiteatr səhnəsində çoxsaylı festivallar, bayram və konsert proqramları həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyəti ilə millət vəkilləri arasında sıx əməkdaşlıq təmin edilmişdir. Rayon ərazisində millət vəkilləri ilə vətəndaşların mütəmadi görüşləri məqsədilə şərait yaradılmışdır. Vətəndaşların sosial, mənzil, təhsil, səhiyyə, kommunal və digər sahələr üzrə müraciətləri rayon İcra Hakimiyyətinin səaliyyətəri çərçivəsində diqqətlə araşdırılmış və həlli istiqamətində tədbirlər görülmüşdür. Millət vəkillərinin və Rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti çərçivəsində şəhid ailələri, müharibə əlilləri və aztəminatlı ailələr ilə iş sistemli şəkildə təşkil edilmiş, daim diqqətdə salxlanılaraq bu kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Bu əməkdaşlıq sayəsində Xətai rayonunda vətəndaşların hüquq və sosial təminat məsələlərinə, şəhid ailələrinə və sosial cəhətdən həssas qruplara göstərilən diqqət artırılmış, rayon sakinləri ilə dövlət orqanları arasında etimad mühiti möhkəmləndirilmişdir.
2025-ci il ərzində vətəndaş müraciətlərinin, dövlət orqanlarından daxil olan sənədlərin və məktubların qəbul edilməsi, qeydiyyata alınması, aidiyyatı şöbələrə yönləndirilməsi və icrasına nəzarət istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilmişdir.
İl ərzində daxil olan bütün məktublar Elektron Sənəd Dövriyyəsi sistemi vasitəsilə qeydiyyata alınaraq, məsul icraçılara yönləndirilmişdir.
Ümumilikdə 7895 sənəd qəbul edilmiş, bunlardan 3718-i təşkilatlardan və vətəndaşlardan Elektron Sənəd Dövriyyəsi vasitəsi ilə daxil olmuşdur.
Vətəndaşlardan və təşkilatlardan daxil olmuş 4177 ərizədən 106 ərizə nəzarətə götürülmüş, 1422 ərizə üzrə məsələ öz həllini tapmış, 2061 ərizəçiyə qanunvericiliyə uyğun izahat verilmişdir.
İl ərzində rayon ərazisində 43 səyyar qəbul keçirilmiş, həmin qəbullarda ümumilikdə 550 nəfər müxtəlif xarakterli məsələlərlə bağlı müraciət etmişdir. Qəbullar zamanı vətəndaşların qaldırdıqları məsələlər araşdırılmış, bir çoxu yerində öz həllini tapmış, digərləri üzrə aidiyyatı qurumlara tapşırıqlar verilmişdir.Səyyar qəbulların əksəriyyətində rayon prokuroru iştirak etmişdir. 506 vətəndaş fərdi qaydada qəbul edilmişdir. İl boyu rayon İcra Hakimiyyəti aparatında vətəndaşların qəbulu mütəmadi keçirilmişdir. İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən il ərzində 1503 vətndaş qəbul etmişdir. Səyyar qəbulun keçirilmə qrafikləri 1 ay öncədən Xətai rayon İcra hakimiyyətinin rəsmi saytında və sosial şəbəkə hesablarında elan olunur.
Rayon İcra Hakimiyyəti və millət vəkilləri vətəndaş müraciətlərini diqqətlə araşdırmış, 7 895 sənəd qəbul edilmiş, 2 061 nəfərə izahat verilmiş, səyyar qəbulda 550 nəfər iştirak etmişdir. Rayonun 21 391 sakini, o cümlədən 5 837 keçmiş məcburi köçkün ailəsi məskunlaşmış, 1 074 nəfər və 264 ailə işğaldan azad edilmiş ərazilərə köçürülmüşdür. Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində ictimai asayiş və təhlükəsizlik təmin edilmiş, hərbi çağırış və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Beləliklə, 2025-ci ildə Xətai rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri, təhsil sahəsində əldə olunan nailiyyətlər, mədəni- kütləvi tədbirlər, şəhid və qazi ailələrinə göstərilən diqqət və sosial infrastrukturun möhkəmləndirilməsi rayonun inkişafını daha da gücləndirmiş, sakinlərin həyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Tədbirin sonunda yığıncaq iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətinin mətni oxunub.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müasir Azərbaycanın idarəçilik sistemində məsuliyyətli və prinsipial mövqeyi, ardıcıl fəaliyyəti və dövlətçilik düşüncəsi ilə seçilən rəhbər simalardan biridir. Onun rəhbərliyi altında Xətai rayonu təkcə paytaxtın strateji əhəmiyyətli ərazilərindən biri kimi deyil, həm də sosial rifahın, vətəndaş məmnunluğunun və ictimai sabitliyin qorunduğu nümunəvi rayon kimi tanınır. Rafiq Quluyevin fəaliyyəti hər zaman insan amilinə söykənən, vətəndaşın qayğısını ön planda tutan bir idarəçilik fəlsəfəsi üzərində qurulub.
Rafiq Quluyev rəhbər olduğu müddət ərzində rayonda həyata keçirilən abadlıq, yenidənqurma və sosial layihələrlə Xətainin simasının müasirləşməsinə mühüm töhfələr verib. Onun yanaşmasında yalnız bu günün deyil, gələcək nəsillərin də rahat və təhlükəsiz yaşayışı əsas prioritet kimi qəbul edilir. Rayonun infrastrukturunun təkmilləşdirilməsi, həyət və parkların yenilənməsi, sosial obyektlərin daha əlçatan hala gətirilməsi onun idarəçilik xəttinin ayrılmaz hissəsidir.
Başçı kimi Rafiq Quluyev üçün vəzifə sadəcə inzibati məsuliyyət deyil, eyni zamanda xalqa xidmət missiyasıdır. O, hər bir qərarında dövlət maraqları ilə yanaşı, sadə vətəndaşın ehtiyaclarını da nəzərə alan rəhbər kimi tanınır. Vətəndaşlarla birbaşa ünsiyyətə xüsusi önəm verməsi, onların müraciətlərinə diqqətlə yanaşması Xətai sakinlərinin ona olan inamını daha da gücləndirib.
Onun fəaliyyətində sosial ədalət və humanizm anlayışları xüsusi yer tutur. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı Rafiq Quluyevin həm rəhbər, həm də vətəndaş mövqeyinin ən bariz göstəricilərindəndir. Bu ailələrin problemlərinin həllinə şəxsi nəzarət etməsi, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar dərin hörmət və ehtiramla qarşılanır.
Vətən uğrunda canını fəda etmiş qəhrəmanların ailələrinə göstərilən dəstək Rafiq Quluyev üçün formal xarakter daşımır. Bu, onun daxili dünyasından, vətənə olan sevgisindən və mənəvi məsuliyyət hissindən qaynaqlanan bir mövqedir. O, hər zaman vurğulayır ki, şəhid ailələrinə qayğı göstərmək dövlətin və cəmiyyətin müqəddəs borcudur.
Qazilərə münasibətdə də eyni həssaslıq və diqqət hiss olunur. Onların cəmiyyətə inteqrasiyası, sosial və mənəvi dəstəklə əhatə olunması istiqamətində atılan addımlar Rafiq Quluyevin humanist idarəçilik xəttinin təzahürüdür. Bu yanaşma rayonda sosial həmrəyliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.
Rafiq Quluyev dərin vətənpərvərlik ruhuna malik bir rəhbərdir. Onun çıxışlarında, qərarlarında və gündəlik fəaliyyətində Azərbaycan dövlətinə, onun müstəqilliyinə və suverenliyinə sonsuz bağlılıq açıq şəkildə hiss olunur. O, dövlətçiliyi yalnız anlayış kimi deyil, həyat tərzi kimi qəbul edən rəhbərlər sırasındadır.
Cənab Prezident İlham Əliyevin siyasi kursuna sadiqliyi Rafiq Quluyevin fəaliyyətində xüsusi yer tutur. Dövlət başçısının müəyyən etdiyi strateji inkişaf xəttinin Xətai rayonunda uğurla icra olunması üçün bütün imkanlardan səmərəli istifadə olunur. Bu sadiqlik formal deyil, əməli fəaliyyətlə sübut olunan mövqedir.
Rafiq Quluyevin rəhbərliyi dövründə rayonun ictimai-siyasi mühiti daim sabit və sağlam olub. O, cəmiyyətin bütün təbəqələri ilə dialoqa açıq, milli maraqları üstün tutan və radikal yanaşmalara yer verməyən bir idarəçi kimi tanınır. Bu xüsusiyyətlər Xətainin dayanıqlı inkişafında mühüm rol oynayır.
Onun iş üslubunda məsuliyyət, tələbkarlıq və eyni zamanda insani münasibət harmoniyası açıq şəkildə sezilir. Rafiq Quluyev həm kollektivinə qarşı tələbkar, həm də anlayışlı rəhbər kimi hörmət qazanıb. Bu balanslı yanaşma idarəetmədə səmərəliliyin əsas açarlarından biridir.
Rayonun gənclərinə göstərilən diqqət də onun fəaliyyətində mühüm yer tutur. Gənclərin vətənpərvər ruhda formalaşması, sağlam düşüncəli vətəndaş kimi yetişməsi üçün yaradılan mühit gələcəyə yönəlmiş strateji baxışın göstəricisidir. Rafiq Quluyev gənclərin potensialına inanan və onlara güvənən rəhbərdir.
Təhsil, mədəniyyət və ictimai dəyərlərin qorunması istiqamətində görülən işlər Xətai rayonunun sosial həyatını daha da zənginləşdirib. Bu sahələrə verilən önəm onun dövlətçilik düşüncəsinin genişliyini və dərinliyini nümayiş etdirir. Çünki güclü dövlət güclü cəmiyyət üzərində qurulur.
Rafiq Quluyevin fəaliyyəti zamanı şəffaflıq və qanunçuluq prinsipləri hər zaman ön planda saxlanılıb. O, dövlətə xidmətin yalnız qanunlar çərçivəsində və vicdanla həyata keçirilməli olduğunu öz fəaliyyəti ilə sübut edir. Bu yanaşma vətəndaşların dövlət orqanlarına olan etimadını daha da möhkəmləndirir.
Xətai rayonunda aparılan işlər təkcə bu günün deyil, sabahın da rifahına hesablanıb. Uzaqgörən planlama, ardıcıl icra və sosial məsuliyyət hissi Rafiq Quluyevin rəhbərlik portretini tamamlayan əsas cizgilərdir. O, günü deyil, gələcəyi düşünən rəhbərlərdən biridir.
2026-cı ilə qədəm qoyduğumuz bu dövrdə Rafiq Quluyevin fəaliyyəti daha böyük məsuliyyət və yeni hədəflərlə davam edir. Qarşıya qoyulan məqsədlər rayonda sosial rifahın daha da yüksəldilməsinə, vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılmasına xidmət edir. Bu hədəflər onun idarəçilik əzminin göstəricisidir.
Bu yeni ildə Rafiq Quluyevə sağlamlıq, güclü iradə və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulamaq yerinə düşər. Onun rəhbərliyi altında Xətai rayonunun inkişaf yolunda daha böyük nailiyyətlər qazanacağına inam tamdır. Dövlətə, xalqa və Prezidentə sadiq bu cür rəhbərlər Azərbaycanın sabahını daha da möhkəmləndirən əsas dayaqlardır.
Rafiq Quluyev öz fəaliyyəti ilə sübut edir ki, rəhbərlik vəzifəsi imtiyaz deyil, böyük məsuliyyətdir. Bu məsuliyyəti şərəflə daşıyan, dövlətçilik və vətənpərvərlik prinsiplərini hər zaman uca tutan belə rəhbərlər cəmiyyət üçün əsl nümunədir. Xətai rayonunun bugünkü sabitliyi və inkişafı məhz bu yanaşmanın nəticəsidir.